12 yaşlı qız avtobus qəzasının qarşısını aldı
22 Dekabr 2012 Şənbə 23:54
Sükan arxasında insult keçirən sürücü avtobusun idarəetməsini itirib
ABŞ-ın Minnisota ştatının Leyk-Elmo şəhərciyində Hollivud filmlərinin ssenarilərinə banzər bir hadisə baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yeddinci sinif şagirdlərini məktəb avtobusu ilə xizək sürməyə aparan sürücü, sükan arxasında insult keçirir. Maşın idarəetməni itirərək, yoldan çıxır.
Məktəblilərin əksəriyyətinin ağlayaraq qışqırmağa başladığı bir anda, 12 yaşlı Rena Kraftson özünü itirmir. O, tez sürücünün sükanı arxasına oturaraq, avtobusun əyləcini basıb maşını birtəhər saxlaya bilib.
“Rena ilk olaraq sürücünün vəziyyətinin pis olduğunu və onun huşunu itirdiyini gördü. Mən elə bilirdim ki, avtobus ağaca çırpılacaq, ancaq o, bizi xilas etdi”, deyə xilaskar qızın rəfiqəsi Emma Anderson bildirib.
DOSTLARINLA PAYLAŞ: