12 məhbus İran tərəfinə təhvil verilib
12 Avqust 2010 Cümə Axşamı 18:55
Proses Azərbaycanla İran arasında imzalanmış müvafiq müqavilənin şərtlərinə uyğun həyata keçirilib.
Azərbaycanda cəza çəkən 12 iranlı məhbus İran tərəfinə təhvil verilib. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, bu, "Hüquqi yardım haqqında" Azərbaycanla İran arasında imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq həyata keçirilib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi İranda həbsdə olan azərbaycanlı alim Rəşid Əliyevin avqustun 11-də buraxılmasının bu məsələ ilə heç bir əlaqəsi olmadığını bildirib. anspress
DOSTLARINLA PAYLAŞ: