118 ölkə İranın nüvə proqramını dəstəklədi
26 Avqust 2009 Çərşənbə 18:15
ABŞ və İsrail isə İrana zərbə endirmə ehtimallarını istisna etmir
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (MAQATE) ünvanlanan məktubda 118 ölkə İranın istənilən halda nüvə obyektlərinə hücumu qadağan edən qətnamə qəbul etməsinə dair planlarını təsdiq edir. ANSPRESS-in “Mignews”a istinadən verdiyi xəbərə görə, İslam Respublikası bu qətnaməni MAQATE-nin gələn aya nəzərdə tutulan iclasında təqdim etmək niyyətindədir.

Ötən həftə elan olunan qətnamə ümumi mahiyyət daşıyacaq. İsrail tərəfi hesab edir ki, adıçəkilən qətnamə açıq-aşkar İsrail və Birləşmiş Ştatlara doğru yönəlib və İranın nüvə silahı işləmələrini davam etdirməsi üçün sipər rolunu oynayacaq.

Lakin nə ABŞ, nə də İsrail beynəlxalq səylərin bir nəticə verməyəcəyi və Tehranın nüvə fəaliyyətini dayandırmayacağı təqdirdə İslam Respublikasının nüvə obyektlərinə zərbə endirmək ehtimallarını istisna etmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar