11 yaşlı qız 21 yaşlı oğlana qoşulub qaçdı
03 Fevral 2014 Bazar Ertəsi 19:08
Ailənin dostları vasitəçi kimi araya giriblər və uzun danışıqlardan sonra toy olub.
Livanın Akkar şəhərində yaşayan 11 yaşlı Fatimə adlı qız 21 yaşlı sevgilisinə qoşularaq qaçıb.
ANS PRESS “MIGnews”a istinadən bildirir ki, Fatimənin valideynləri gənc oğlanı qızlarını oğurlamaqda günahlandırıblar və hakimiyyətdən tələb ediblər ki, onu tapıb cəzalandırsınlar. Ancaq Fatimə «YouTube»da öz valideynlərinə müraciət yerləşdirib və bildirib ki, o, evdən könüllü gedib və yaxın zamanlarda sevdiyi adama ərə gedəcək.
Video ortaya çıxandan sonra ailənin dostları vasitəçi kimi araya giriblər və uzun danışıqlardan sonra toy olub. Amma Fatimənin atası toyda iştirak etməkdən imtina edib.
DOSTLARINLA PAYLAŞ: