11 yaşında sərvət qazandı
04 Fevral 2014 Çərşənbə Axşamı 05:24
Balaca Uilliason indiyə qədər satdığı tablolarından 1.5 milyon funt sterlinq qazanıb.
İngiltərənin Norfolk şəhərində yaşayan 11 yaşlı rəssam Kieron Uillianson indiyə qədər satdığı tablolarından 1.5 milyon funt-sterlinq (1 milyon 930 min manat) qazanıb. Mütəxəssislər “mini monet “ ləqəbli Uilliamsonun əsərlərinin bir çox qədim rəssamların çəkdiklərindən fərqlənmədiyini və balaca uşağın 21-ci əsrin görkəmli rəssamlarından biri olacağına 100 fazi əmin olduqlarını deyir.

Tabloları təxminən 35 min funt-sterlinqə (45 min manat) satan Uilliamsonun 47 yaşlı atası Kys Uilliamson, oğullarının uğuru sayəsində ailələri üçün yeni ev aldıqlarını, amma onu heç vaxt şəkil çəkməyə məcbur etməsiklərini deyib.

"Onunla əlbəttə, fəxr edirik. Amma, şəkil şəkməyi bir iş olaraq gösməsini istəmirik. Sadəcə, ürəyi istəyəndə şəkil çəkir”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar