11 sentyabr terrorsuz ötüşmədi
11 Sentyabr 2011 Bazar 15:50
Əfqanıstanda terror aktı nəticəsində 77 Amerika əsgəri yaralanıb.
11 sentyabr hadisələrinin 10-cu ildönümü də terrorsuz ötüşmədi. İldönümü ərəfəsində Əfqanıstanda terrorçu-kamikadze NATO-nun hərbi postunda özünü partladıb. Nəticədə 77 Amerika əsgəri yaralanıb. 2 dinc sakinin də öldüyü bildirilir.
ABŞ ordusunun mayoru Devid İstbernin açıqlamasına görə, hadisə dünən axşam Vardak əyalətində baş verib.
Partlayış zonasında 90-a yaxın adam olub. Partlayışa görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb. anspress
DOSTLARINLA PAYLAŞ: