11 sentyabr məscidi
04 Avqust 2010 Çərşənbə 06:25
Nyu York bələdiyyəsində ötən gün keçirilən səsvermədən sonra Dünya ticarət mərkəzinin yerində məscid tikilməsinə izn verildi.
Nyu York bələdiyyəsində ötən gün keçirilən səsvermədən sonra 11 sentyabrda törədilən terror nəticəsində uçan Dünya ticarət mərkəzinin (DTM) yerində məscid tikilməsinə izn verildi. Bu səsvermə ilə DTM-nin yerində tikilməsi planlaşdırılan məscid və İslam mədəniyyəti mərkəzinin qarşısındakı maneə də aradan qalxdı. Tarixi əsərlər komissiyasının qəbul etdiyi qərar, DTM-nin yaxınlığında olan binanın uçurulmasına və onun yerində “Qurtuba Evi”nin tikilməsinə imkan yaradır.

Qeyd edək ki, mıscid və İslam mədəniyyəti mərkəzindən ibarət olan “Qurtuba Evi”nin tikintisinə Nyu York sakinləri 11 sentyabr terror hadisələri nəticəsində həlak olanların ruhuna hörmətsizlik olduğunu iddia edərək qarşı çıxırdılar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar