11-ci mərtəbədən düşən 2 yaşlı uşaq sağ qaldı
13 May 2013 Bazar Ertəsi 09:55
Körpə koma vəziyyətində xəstəxanaya çatdırılıb.
Rusiyada möcüzə baş verib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt Moskvada 2 yaşlı uşaq 11-ci mərtəbədən yıxılıb. Hadisə şənbə günü qeydə alınıb.

Məlumata görə, Paşa adlı uşağın boyu həmyaşıdları ilə müqayisədə uzun, evin pəncərələri isə alçaq olub. Bunu nəzərə alan valideynlər pəncərələr üçün xüsusi qoruyucu hazırladıblar. Qoruyucu qapıları açan dəstəyi isə onlar mətbəxdə sobanın içərisində gizlədiblər. Valideynlərinin dəstəyi qoyduğu yeri görən uşaq onlardan xəbərsiz alaraq pəncərəni açıb, aşağı boylananda isə 11-ci mərtəbədən yerə düşüb.

Azlaşlının yerə çırpılmasına isə həyətdə olan ağaçlar mane olub. Belə ki, yasəmən ağaçının üzərinə düşən uşağın sürəti azalıb. Ağaça dəyərək ayağı sınan uşaq yerə düşüb.

Uşağın yaxınları dərhal təcili yardıma müraciət ediblər. Uşaq koma vəziyyətində xəstəxanaya çatdırılıb. Həklimlər ağır vəziyyətdə olan uşağı xilas etmək üçün əllərindən gələni edirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar