103 yaşlı nənə Facebookda ailəsini axtarır
20 Dekabr 2010 Bazar Ertəsi 05:10
Lillian Lou ən yaşlı “Facebook” üzvü ünvanını 104 yaşlı Ayvi Binin keçən il vəfat etməsindən sonra əldə edib
İctimai şəbəkə saytı “Facebook”un 103 yaşlı üzvü Lillian Lou özü barədə mətbuatda xəbərlərin yayılmasından sonra saytda ona dostluq təklif edənlərin sayında artım olduğunu bildirib. Daha əvvəl sadəcə yaxın qohumlardan ibarət 20 dostu olduğunu deyən Lou bu xəbərin yayılmasından sonra 999 dostluq təklifi gəldiyini bildirib.
Qeyd edək ki, Lou ən yaşlı “Facebook” üzvü ünvanını 104 yaşlı Ayvi Binin keçən il vəfat etməsindən sonra əldə edib. Lou həmçinin “Facebook”dan həftədə 2 dəfə qohumları ilə xəbərləşmək üçün istifadə etdiyini deyib. “Facebook”u çox sevirəm. Nəvələrimlə görüşərək onlarla söhbət etmk imkanı əldə edirəm. Düzdür çox vaxt aparır. Ama mənim yaşımda olan insanların vaxtı çox olur”.
Lillian Lou “Twitter” barədə də eşitdiyini, ama nə olduğunu hələlik bilmədiyini deyib.
DOSTLARINLA PAYLAŞ: