103 yaşında işə başladı, 104 yaşında pensiyaya çıxdı
22 Noyabr 2012 Cümə Axşamı 03:42
Ərən ilk pensiya ilə həyat yoldaşının qəbrini düzəltdirmək və doğulub böyüdüyü Siirt şəhərinə getmək istəyir.
Türkiyədə 104 yaşlı ölkə vətəndaşı İbrahim Ərən ötən gün ilk pensiyasını alıb. Bursa şəhərində yaşayan Ərən ilk pensiya ilə həyat yoldaşının qəbrini düzəltdirmək və doğulub böyüdüyü Siirt şəhərinə getmək istədiyini bildirib. Məlumata görə, ömrü boyu müxtəlf yerlərdə işləyən İbrahim Ərən keçən il pensiyaya çıxmaq üçün Sosial Təminat İdarəsinə müraciət edib. İdarədən 103 yaşlı kişiyə 9 aylıq ödəmə borcu qaldığı bildirilib. Tikintilərdən birində qarovulçu kimi işə başlayan İbrahim Ərən 3 600 ödənişli iş günününü tamamlayaraq pensiyaya çıxmaq hüququ əldə edib.
DOSTLARINLA PAYLAŞ: