102 yaşlı kişi hamını heyrətləndirdi
02 Fevral 2014 Bazar 03:04
Fransada 102 yaşlı keçmiş yanğınsöndürən velosipedlə dünya rekordunu qırıb.
Fransada 102 yaşlı keçmiş yanğınsöndürən velosipedlə dünya rekordunu qırıb. ANS PRESS-in “Lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, yaşlı yanğınsöndürən velosipedl bir saata 23 km. yol qət edib. Bu nəticə əvvəlki rekorddan təxminən 2,5 kilometr çoxdur.
Qeyd edək ki, iki il bundan əvvəl ilk rekord göstəricini 100 yaşlı yanğınsöndürən qırmışdı.
Hazırda rekordu təzələyən 102 yaşlı yanğınsöndürən bu nəticə ilə kifayətlənməyəcəyini də bildirib. O, jurnalistlərə açıqlamasında bunları deyib: “Mən hələ bacarığımın 90 faizini göstərmişəm. Mənim qələbələrim hələ qabaqdadır. Hətta 150 ilə qədər yaşasam da, bu rekordu hər il təzələyəcəyəm. İnsan istəsə 150 yaşda da idmanla məşğul ola bilər.”.
DOSTLARINLA PAYLAŞ: