10 yaşlı qız evsizlər üçün kafe açıb
27 Dekabr 2012 Cümə Axşamı 12:17
İngiltərənin Qərbi Yorkşir qraflığında qızcığaz 50 evsiz adamı doyuzdurub
İngiltərənin Qərbi Yorkşir qraflığında 10 yaşlı qız avqust ayında bədbəxt hadisə nəticəsində həlak olmuş atasının arzusunu həyata keçirməyi qərara alıb: milad bayramı günü o, 50 evsiz adamı doyuzdurub.
ANS PRESS "Daily Mail"ə istinadən xəbər verir ki, Qreysi MakNalti həyatında ilk dəfə atasız milad bayramı keçirməyi ilə razılaşa bilmirmiş. Buna görə də standart bayram keçirməkdən imtina edib və atasının arzusunun həyata keçirməyi qərara alıb.
O, öz anasının, qardaşının və bacısının yardımı ilə o, müxtəlif qarnirlərlə birlikdə hind toyuğu əti hazırlayıb və evsiz 50 adam üçün süfrə açıb.
Qreysi Kreyqin atası vaxtının çoxunu xeyriyyə təşkilatlarında könüllü kimi keçirib və tez-tez evsiz adamlara milad bayramları təşkil edirmiş. Bu il o, evsiz adamlar üçün milad günü kafe açmağı arzulayırmış. Amma öz planını gerçəkləşdirə bilmədi, avqustda o, dam ustası işləyərkən damdan yıxılıb ölüb.
DOSTLARINLA PAYLAŞ: