10 yaşında ana oldu
27 İyun 2013 Cümə Axşamı 22:24
Taylandda 10 yaşlı bir qız uşaq dünyaya gətirib.
Taylandda 10 yaşlı bir qızın qız uşağı dünyaya gətirdiyi bildirilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, adı açıqlanmayan qız Taylandın ən gənc anası olub.
10 yaşlı ana doğuş zamanı riskli bir əməliyyat keçirib. Həkimlər ananın xəstəxanaya gəldiyində ağrısı və qanaması olduğunu ifadə ediblər. Ananın yaşı az olduğu üçün əməliyyat zamanı bir sıra çətinliklərlə üzləşdiyi söylənilib.
DOSTLARINLA PAYLAŞ: