10 övlad atası siyasətçini 13 yaşlı qızla tutdular
14 İyul 2013 Bazar 04:02
Qızlardan biri 2 ildir bələdiyyə sədrinin müavini ilə münasibəti olduğunu etiraf edib.
Türkiyə Siirt şəhər bələdiyyəsinin sədr müavini Abdullətif Ç. ötən axşam şəxsi avtomobilində 13 və 17 yaşlı iki qızla saxlanılıb. “Milliyet” qəzetinin xəbərinə görə, bu barədə Siirt polis idarəsinin asyaiş şöbəsinə məlumat daxil olub. Polis hadisə yerinə gedərək A.Ç.-ni qızlarla birlikdə aşkarlasa da, şübhəli şəxs avtomobilin işə salaraq qaçmağa çalışıb. Abdullətif Ç. polisin təqibindən sonra saxlnılıraq polis idarəsinə aparılıb.
Əlləri qandallanaraq xəstəxanada həkim nəzarətindən keçən Abdulətif Ç. daha sonra məhkəməyə göndərilib.
Polisə ifadə verən 13 və 17 yaşlı yeniyetmə qızların isə bacı olduğu məlum olub. Bacılardan 17 yaşlı M.A. 2 ildir bələdiyyə sədrinin müavini ilə münasibəti olduğunu etiraf edib. Qadın doğum və uşaq xəstəlikləri xəstəxanasına həkim müayinəsi üçün göndərilən qızların daha sonra məhkəməyə göndərilməsi gözlənilir.
Qeyd edək ki, 62 yaşlı Abdulətif Ç. 10 övlad atasıdır.
DOSTLARINLA PAYLAŞ: