10 milyon insana pulsuz səyahət imkanı veriləcək
14 İyul 2013 Bazar 14:29
Türkiyə Böyük Millət Məclisində mövcud qanuna müəyyən əlavələrin edilməsi təsdiq olunub.
Türkiyə Böyük Millət Məclisində mövcud qanuna müəyyən əlavələrin edilməsi təsdiq olunub. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mövzuyla bağlı açıqlama verən Ailə və Sosial Siyasət naziri Fatma Şahin yeni tənzimləmələrin minlərlə insanın həyatına təsir edəcəyini bildirib.

Onun sözlərinə görə, qanuna əlavə olunan yeniliklər terror hadisələrindən zərər çəkmiş 2 min 600 vətəndaşa maaş verilməsini təmin edəcək.

Həmçinin, yaxınlarını terror səbəbi ilə itirən 8 min 656 nəfərə faizsiz kredit imkanı veriləcək. 10 milyon şəhid yaxını və qazi isə pulsuz səyahət etmək haqqından istifadə edə biləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar