10 milyon insan ölüm təhlükəsi ilə üzləşib
04 Aprel 2012 Çərşənbə 01:49
BMT sosial şəbəkə saytlarında təcili yardım kampaniyaları başladıb.
Mərkəzi Afrikanın bəzi ölkələri qıtlıq böhranı ilə qarşı-qarşıya qalıb. 10 milyon insanın həyatı üçün təhlükə olacağını açıqlayan BMT bu böhranın qarşısını almaq üçün sosial şəbəkələrdə yardım kampaniyası başladıb.
Xatırladaq ki, 2011-ci ildə iqlimin quraq keçməsi ilə bir çox Afrika ölkəsində xeyli sayda insan, heyvan və bitki təlafatı baş vermişdi.
Mütəxəssislər isə 8 Afrika ölkəsində 1 milyonu azyaşlı uşaq olmaqla 10 milyon insanın həyatı üçün təhlükə olacağı barədə xəbərdarlıq edir.
Sahel bölgəsinin 5 ölkəsi - Burkina-Faso, Çad, Mali, Mavritaniya və Niger həyəcan təbili çalaraq beynəlxalq yardım tələb edir.
Yeni bir Somali sindromunun baş verməsindən ehtiyyatlanan BMT “Facebook” və “Twitter” kimi sosial şəbəkə saytlarında dünya səviyyəsində yardım kampaniyaları başladıb.
ABŞ dövlət katibi Hillari Klinton bölgə üçün 120 000 dollarlıq təcili yardım paketi ayıracaqlarını, Avropa Birliyi isə 30 milyon avro yardım edəcəklərini açıqlayıb.
Bu məbləğin kifayət etməyəcəyini hesab edən BMT rəsmiləri isə gözlənilən böhran üçün 725 milyon dollara ehtiyac olduğunu bildirib.
DOSTLARINLA PAYLAŞ: