10 jurnalist həbs edilib
08 Noyabr 2010 Bazar Ertəsi 17:25
Onların fəaliyyəti Liviya hökumətinin xoşuna gəlməyib.
Liviyada hakimiyyəti tənqid etdiyinə görə, 10 jurnalist həbs edilib. Həbs edilən jurnalistlərin "Libiya Press" agentliyinin əməkdaşları olduğu bildirilir.

Qeyd edək ki, bu agentlik ölkə başçısı Müammar Qəddafinin oğlu tərəfindən idarə edilir. Ekspertlərin qənaətinə görə, Qəddafinin oğlu Saif əl-İslam son zamanlar hakimiyyətin ən fəal tənqidçilərindən biri olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar