1 yaşlı şahzadə Corcun ilk addımları
21 İyul 2014 Bazar Ertəsi 14:13
Şahzadə Uilyam və hersoginya Keyt Middeltonun oğlu şahzadə Corcun sosial şəbəkədə yeni fotosu yayılıb.
ANS PRESS-in məlumatına görə, iyun ayının 22-də bir yaşı tamam olacaq balaca ilk addımlarını atır. Bu barədə Uilyam xəbər verib və bunu təsdiqləyən şəkil də paylaşıb.

Fotoda balaca şahzadə gülümsəyərək əllərini yuxarı qaldırıb özü gəzir. Şəkil çəkilən zaman Corcun əynində "Petit Bateau" brendindən olan kanbinezon, "Polo"dan olan tünd göy rəngli köynək və "Early Days Alex Pre-Walker" brendindən olan ayaqqabı olub.

"Şahzadə özünə güvənir, qərarlı bir insan olacağı artıq məlumdur. Görünür ki, atası Uilyama oxşayacaq"- deyərək şərhçilər fikirlərini bildiriblər.

Qeyd edək ki, Keyt Middelton gələn həftə oğlunun ad günü ilə əlaqəli olaraq doğum günü gecəsi təşkil edəcək. Orada krallıq ailəsinin bir çox üzvləri və hersoginyanın ailəsi iştirak edəcək.







DOSTLARINLA PAYLAŞ:

oyunlar