1 milyon insan zelzeleye hazırlıq teliminde
02 Sentyabr 2013 Bazar Ertəsi 05:22
Yaponiyada zelzeleye hazırlıq üçün telimler keçirilib.
Tez-tez zəlzələlərin baş verdiyi Yaponiyada bu təbii fəlakətə hazırlıq üçün təlimlər keçirilib. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, hökumət 1923-cü ildə baş verən zəlzələnin üzərindən 90 il ötdüyü bir vaxtda zəlzələyə hər an hazır olmaq üçün belə təlimlərin keçirilməsini vacib bilib.

Ölkədə daha öncə də belə təlimlər keçirilib. 2011-ci ildəki zəlzələ və sunami fəlakətlərinin baş verməsindən sonra, bu il Fukuşima da təlimlərin keçirildiyi bölgələr sırasına daxil edilib.

Ölkə daxilində keçirilən təlimlərdə ümumilikdə bir milyondan çox insan iştirak edib.

Yaponiyada 11 mart 2011-ci ildə baş verən 9 bal gücündəki zəlzələ və onun təsirilə yaranan sunami fəlakəti nəticəsində 20 mindən çox insan həyatını itirmişdi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar