1 may Emek Günü paradına 2 milyondan çox adam çıxdı
01 May 2013 Çərşənbə 14:29
1 may Emek Günü paradı ile elaqedar Moskvanın esas yolları bağlanıb.
Rusiyanın paytaxtı Moskvada 1 may Əmək Günü münasibətilə ənənəvi parad keçirilir. Rusiya Həmkarlar İttifaqı tərəfindən təşkil olunan aksiya ilə əlaqədar Moskvanın bütün əsas yolları bağlanıb. Parad həmçinin «Vahid Rusiya» Partiyasının və «Ümumrusiya Milli Cəbhəsi»nin dəstəyilə keçirilir. Parad iştirakçılarının əksəriyyətini işçilər təşkil edib.

«Ümid edirəm ki, Tanrının köməyilə işləməyə davam edə biləcəyik və yaşlı olduğuma görə məni işlədiyim fabrikdən çıxarmazlar. Ölkəmizdə və bütün dünyada sülh və sakitlik arzulayıram. Qoy fabrik sahibləri görülməli olan işlərlə maraqlansınlar», - deyə Stepanida Volkova adlı nümayişçi belə deyir.

«İnterfaks» agentliyinin Moskva polisinə istinadən verdiyi məlumata görə, 1 may paradında 70 minə yaxın adam iştirak edir, lakin təşkilatçı Rusiya Həmkarlar İttifaqı aksiyaya qoşunların sayının 2 milyondan çox olduğunu bildirir. «Bu gün bayram yürüşündə gözlədiyimizdən də çox - 2 milyondan çox adam iştirak edir», - deyə Rusiya Həmkarlar İttifaqının sədri Mixail Şmakov bildirib.

Qeyd edək ki, 1 may yürüşləri Moskva ilə yanaşı, Rusiyanın digər şəhərlərində də keçirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar