1 dollarlıq əskinaslar ləğv edilir?
01 Dekabr 2012 Şənbə 13:11
Kağız pulu sikkə əvəz edə bilər
ABŞ Konqressi bir dollarlıq əskinasların sikkə ilə əvəzlənməsi imkanlarına baxır. ANS PRESS qərb mətbuatına istinadən bildirir ki, Konqressin auditorları hesab edir ki, bününla da Amerika hakimiyyəti 30 il ərzində büdcədə $4,4 mlrd-a qənaət etməyə imkan verəcək.
İçki və yemək satan ticarət aparatları artıq çoxdan kağız pullardan imtina edirlər. Belə ki, sikkələr aparatların daha az qırılmasına səbəb olur.

Amma amerikalılar bu xəbərə elə də dəstəklə yanaşmırlar. Çünki ABŞ Sikkə Sarayı son beş ildə $2,4 mlrd.-lıq "1 dollarlıq" buraxıb. Onların çoxu ABŞ Maliyyə Nazirliyində saxlanır. Onların son partiyası bir il əvvəl buraxılıb. Analitiklərin fikrincə, əskinasları hər 4-5 ildən bir dəyişmək olar. Həm də buraxılan əskinaslar ən azı 30 il dövriyyədə olmalıdır.

Ehtimal edilir ki, sikkələrin hazırlanması üçün polad, alüminium və sink kimi ucuz metallardan istifadə ediləcək. Dekabrın ortalarında ABŞ Sikkə Sarayı əskinasdan sikkəyə keçməyin mənfi və müsbət tərəfləri ilə bağlı apardığı 18 aylıq araşdırmanın nəticələrini açıqlayacaq.



DOSTLARINLA PAYLAŞ:

oyunlar