1 Amerika senti milyon dollara satıldı
08 Yanvar 2012 Bazar 06:40
1973-cü ildə kəsilmiş mis sikkənin sahibinin adı açıqlanmır.
1973-cü ildə kəsilmiş 1 sent dəyərində mis sikkə Florida ştatındakı Orlando auksionunda 1 milyon dollara satılıb. ANS PRESS-in “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, nadir numizmatik şeyin sahibi gizli saxlanılır. Agentliyin məlumatında deyilir ki, ilk Amerika sikkələrindən birinin bu qədər yüksək qiymətə satılmasının səbəbi onun çox yaxşı saxlanılmasıdır.
Ümumilikdə Orlandodakı numizmatik sərgidə 600-ə yaxın kolleksiyası iştirak edir. Nadir sikkələr, səhvlər olan əskinazlar və dəyərli metallardan hazırlanmış pulların nümayiş etdirildiyi sərgi ABŞ-da ən böyük sərgilərdəndir.
DOSTLARINLA PAYLAŞ: