1.5 milyon ermeni müqeddes elan edilecek
30 Sentyabr 2013 Bazar Ertəsi 07:35
Bu ayindən sonra ermenilər torpaq ve tezminat iddiaları ile Türkiyeye meydan oxuyacaq.
I Dünya müharibəsində osmanlı dövləti tərəfindən öldürüldüyü iddia olunan 1.5 milyon erməni erməni kilsələri şurası tərəfindən müqəddəs elan ediləcək. Avrasiya Strateji Araşdırmaları Mərkəzinin verdiyi məlumata görə, bu məqsədlə yaxın günlərdə Ermənistanın paytaxtı İrəvanda mərasim keçiriləcək. Mərasimdə ilk dəfə eçmiədzin yepiskopluğuna bağlı kilsələrlə yanaşı erməni kilsəsinin Livandakı mərkəzinin nümayəndələri də iştirak edəcək.

Bildirilir ki, 400 ildən bəri ilk dəfə belə bir mərasim keçirilir və axırıncı dəfə belə bir ayin 1651-ci ildə baş tutub.

Tədbirdə ermənilərin öz millətlərinin gələcəyi üçün yeni qərarlar qəbul edəcəyi, torpaq və təzminat iddiaları ilə Türkiyə Cümhuriyyətinə meydan oxuyacağı istisna edilmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar