1,3 milyard vəsait okeana buraxıldı
04 Dekabr 2009 Cümə 15:35
Lüks gəmi ilə 8000 nəfər səyahət edə biləcək
Okeanda üzən bahalı və lüks gəmilərin siyahısına daha biri əlavə edildi. Bu Floridada hazırlanan ”Oazis of the seas” adlı gəmidir. Yenicə istismara buraxılan gəmi 1,3 milyard dollara başa gəlib. 72 metr hündürlüyündə olan gəminin uzunluğu 360, eni isə 47 metrdir. Lüks gəmi 8360 nəfər üçün nəzərdə tutulub.
Gəmidə səyahət bir nəfər üçün 800-5800 dollar arası dəyişir. Üzən oteldə sərnişinlərin rahatlığı üçün bütün şərait yaradılıb. Belə ki, gəmidə 24 restoran, kafe, bar, istirahət və əyləncə mərkəzləri var. Gəmini yaşıllıq ilə bəzəməyi də unutmayıblar. Sərnişinlər okeanın ortasında 12 mindən artıq bitkidən həzz ala biləcəklər.
Qeyd edək ki, gəmidə səyahət müddəti iki həftədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: