Üç ailəyə ev verildi
09 Sentyabr 2014 Çərşənbə Axşamı 16:14
Xırdalan şəhərində baş verən partlayış nəticəsində evsiz qalmış üç ailə mənzillə təmin olunub.
ANS TV- nin hadisə yerindən Vəfa Təyyarqızının verdiyi məlumata görə, Xırdalan şəhər 26-cı məhəllədə partlayan binada ümümilikdə 201 nəfər, yəni 56 ailə yaşayırmış. Bu ailələrdən üçünün vəziyyəti acınacaqlı olduğu üçün onlar Mehdiabadda mənzillə təmin olunublar.

Fövqəladə Hallar Nazirliyinin və Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən binaya baxış keçirilib. Ancaq bundan sonra binanın yaşayış üçün yararlı olub - olmaması haqqında rəy veriləcək.

Ümumilikdə partlayış nəticəsində 9 nəfər xəsarət alıb. Üç nəfər isə dünyasını dəyişib. Hazırda binanın qalıqlardan təmizlənməsi prosesi davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar