Xədicə İsmayıl azadlığa buraxılıb
25 May 2016 Çərşənbə 18:05
Jurnalist Xədicə İsmayıl Ali Məhkəmənin qərarı əsasında şərti azadlığa buraxılıb.
Bu gün Ali Məhkəmədə həbsdə olan jurnalist Xədicə İsmayıl tərəfindən verilən kassasiya şikayətinə baxılıb.

Vəkil Fariz Namazlının  Lent.az-a verdiyi məlumatına görə, Ali Məhkəmə hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə Xədicə Ismayil barəsində olan Cinayət Məcəlləsinin  308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  və 179.3.2( külli miqdarda mənimsəmə) maddələri üzrə bəraət hökmü çıxarılıb. 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) maddələrinə görə 3 il 6 ay müddətinəcəza verilib və o şərti azadlığa buraxılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar