Erməni silahlı bölmələri kəndlərimizi atəşə tutub
30 May 2016 Bazar Ertəsi 09:51
Erməni silahlı qüvvələri cəbhə xəttinin müxtəlif istiqamətlərində gün ərzində atəşkəs rejimini ümumilikdə 23 dəfə pozub.
Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Sarıcalı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

 


DOSTLARINLA PAYLAŞ:

oyunlar