Yeni Müdafie Naziri Zakir Hesenov kimdir?
22 Oktyabr 2013 Çərşənbə Axşamı 23:27
Azerbaycanın yeni müdafie naziri Zakir Hesenov Esger oğlu indiye qeder Daxili İşler nazirinin müavini, Daxili Qoşunların Komandanı vezifesinde çalışıb.
Azerbaycanın yeni müdafie naziri Hesenov Zakir esger oğlu indiye qeder Daxili İşler nazirinin müavini, Daxili Qoşunların Komandanı vezifesinde çalışıb. General-polkovnik rütbesi var.

6 iyun 1959-cu ilde Astara rayonunda anadan olub. 1980-ci ilde Bakı Ali Ümumqoşun Komandirleri Mektebini bitirib, hemin ilden 1985-ci iledek Almaniyada yerleşen Sovet Ordusu sıralarında xidmet edib.

Publika.Az bildirir ki, 1985-ci ilden 1993-cü iledek SSRI Müdafie Nazirliyinin Sibir Herbi Dairesinin Altay Herbi Komissarlığında çalışıb. 1993-2003-cü illerde Azerbaycan Respublikası Milli Tehlükesizlik Nazirliyinin Serhed Qoşunları Baş Idaresinde xidmet edib, daha sonra Dövlet Serhed Xidmetinin Beynelxalq elaqeler İdaresinin reisi vezifesine ireli çekilib.

Azerbaycan Respublikası Prezidentinin 17.01.2003-cü il tarixli 1130 N-li Serencamı ile Daxili İşler Nazirinin müavini-Daxili Qoşunların Komandanı vezifesine teyin edilib, 17.05.2003-cü il tarixli 869 N-li Fermanı ile ise general-mayor, 06.05.2005-ci il tarixli 802 nömreli Serencamı ile general-leytenant, 21.10.2013-cü il tarixli serencamı ile ise General-polkovnik ali xüsusi rütbesi verilib.

Xidmeti vezifelerini layiqince yerine yetirdiyine göre defelerle müxtelif mükafatlara layiq görülüb. Azerbaycan Respublikası Prezidentinin 16.08.2002-ci il Serencamı ile “Herbi xidmetlere göre“ medalı, 30.06.2004-cü il tarixli 294 N-li Serencamı ile “Azerbaycan Bayrağı“ ordeni ile ve Azerbaycan Respublikası Milli Tehlükesizlik Nazirinin 15.12.1998-ci il tarixli 0294 N-li emri ile “Serhedde ferqlenmeye göre“ medalı ile teltif edilib.

Ailelidir. İki övladı var.