Yeni Emek ve Ehalinin Sosial Müdafiesi naziri Selim Müslümov kimdir?
22 Oktyabr 2013 Çərşənbə Axşamı 20:50
Yeni Emek ve Ehalinin Sosial Müdafiesi naziri Selim Müslümov qısa həyat hekayəti
Azerbaycan Respublikası emek ve ehalinin Sosial Müdafiesi naziri Selim Müslümov Yanvar oğlu, 1961-ci il noyabrın 1-de Ağsunun Pirhesenli kendinde anadan olub. 1983-cü ilde D. Bünyadzade adına Azerbaycan Xalq Teserrüfatı İnstitutunun uçot-iqtisad fakultesini ferqlenme diplomu ile bitirib. 1983-1987-ci illerde Moskva Dövlet Universitetinin meqsedli aspiranturasında tehsilini davam etdirib ve 1987-ci ilin noyabrında namizedlik dissertasiyası müdafie ederek iqtisad elmleri namizedi alimlik derecesi alıb.

1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadek Azerbaycan Dövlet İqtisad İnstitutunda müellim, baş müellim, dekan müavini vezifelerinde çalışıb.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadek Türkiye Cumhuriyyetinin Mermere Universitetinde elmi ezamiyyetde ve doktoranturada olub. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadek Azerbaycan Respublikası Maliyye Nazirliyinde idare reisi vezifesinde çalışıb. 2000-ci ilin martında Azerbaycan Respublikası Dövlet Gömrük Komitesinin Sedr müavini, 2002-ci ilin 17 dekabr tarixinde Azerbaycan Respublikası Dövlet Sosial Müdafie Fondunun Sedri vezifesine teyin edilib.

2004-cü il sentyabrın 18-de Beynelxalq Sosial Teminat Assosiasiyasının Pekinde keçirilen 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilib. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şeherinde "Pensiya sığorta sisteminde mühasibat uçotu, tehlil ve audit islahatları" doktorluq dissertasiyası müdafie ederek İqtisad elmleri doktoru alimlik derecesi alıb.

S.Y.Müslümov iqtisadi sahede bir neçe qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. O, 4 kitabın ve 50-den artıq elmi meqalenin müellifidir.

17.01.2002-ci ilde Azerbaycan Respublikası Prezidentinin Fermanı ile ona gömrük xidmeti general-mayoru rütbesi verilib.

22 oktyabr 2013-cü ilde Azerbaycan Respublikası emek ve ehalinin Sosial Müdafiesi naziri vezifesine teyin edilib.

Rus ve ingilis dillerinde serbest danışır. Evlidir, 3 övladı var.