Şəhid oğlu: Təki vətən sağ olsun
04 Avqust 2014 Bazar Ertəsi 17:12
Atasının medalını alan azyaşlı Riyad: Təki vətən sağ olsun.
Cəbhənin Ağdam rayonunuda şəhid olmuş Biləsuvar rayonunun Nərman kənd sakini Pərvin Əliyev də ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, medal şəhidin azyaşlı övladı Riyada verilib.

Şəhid övladı atasının vətən uğrunda ölməsinə bir kəlmə ilə cavab verib.
“Təki vətən sağ olsun!”, - deyə şəhid oğlunun bu kəlməsi böyük alqışlara səbəb olub.

Daha sonra tədbirdə şəhidin keçdiyi yol, döyüşlərdə göstərdiyi şücaət barədə danışılıb.

Gizir Əliyev Pərvin Səlahəddin oğlu avqustun 1-dən 2-nə keçən gecə erməni diversiyasının qarşısını alarkən həlak olub.









DOSTLARINLA PAYLAŞ:

oyunlar