Sahil bağının açılışı olacaq
28 Aprel 2009 Çərşənbə Axşamı 18:35
Abidənin yerləşdiyi yerdə nəyin inşa olunduğu hələ ki məlum deyil

Uzun müddətdir təmirə dayanan Bakıdakı parklardan biri- Sahil bağının təmiri başa çatır. Mayın 15-də bağın açılışı olacaq. Bu haqda bağda çalışan fəhlələr «Azadlıq» radiosuna məlumat veriblər.
Onların sözlərinə görə, açılış mayın 10-a, mərhum prezident Heydər Əliyevin doğum gününə planlaşdırılıbmış. Amma bağdakı çarhovuzlarda tamamlama işləri başa çatmadığından tədbirin vaxtını dəyişiblər.
Qeyd edək ki, Sahil bağı sovet dövründə «26-lar bağı» kimi tanınıb. Buna səbəb orada 26 Bakı komissarlarının dəfn edilməsi və onların şərəfinə ucaldılmış abidənin yerləşməsi olub. Bağ təmirə dayanandan bir qədər sonra isə abidə sökülüb, orda dəfn edilmiş komissarların nəşi isə başqa yerə aparılıb.
Abidənin yerləşdiyi yerdə nəyin inşa olunduğuisə hələlik məlum deyil. /"Azadlıq" radiosu/



DOSTLARINLA PAYLAŞ:

oyunlar