Regional Cavab-2009 Beynəlxalq hərbi təlimi
18 Aprel 2009 Şənbə 16:00
Təlim çoxmillətli sülhməramlı əməliyyatlar ssenarisinə müvafiq olaraq,3 gün qərargah və 5 gün səhra təlimi formatında keçiriləcək

Bü gündən Bakıda Sülh Naminə Tərəfdaşlıq ruhunda «Regional Cavab-2009» Beynəlxalq hərbi təliminə start verilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 18-26 aprel tarixində keçirilməsi planlaşdırılan təlim Azərbaycan ilə NATO arasında hazırkı əməkdaşlığı tənzimləyən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində planlaşdırılan tədbirlərə töhfə vermək məqsədilə keçirilir. Təlim çoxmillətli sülhməramlı əməliyyatlar ssenarisinə müvafiq olaraq bölmə və tağım səviyyəsində 3 gün qərargah və 5 gün səhra təlimi formatında keçiriləcək. Təlim əsasən nəzarət-keçid məntəqələrinin yoxlanılması, yolların təhlükəsizliyi, məhdud sənədlərin, təhcizat və materialların hazırlanması, əlaqələndirilmənin təşkili, binanın mühasirəsi və axtarılması, döyüşə cəlb olunma qaydaları, müntəzəm və müfəssəl məruzələrin hazırlanması məsələləri əhatə edəcək.
Təlimin açılışında Azərbaycan tərəfdən Baş Qərargah rəsinin müavini, general-mayor Evaz Cəfərov çıxış edib. O, tədbirin mərhələləri barədə məlumat verib, Azərbaycanda keçirilən əvvəlki beynəlxalq təlimlərdən danışıb. ABŞ-ın Avropa üzrə Quru Qoşunlarının komandanı general Karter Hem isə azərbaycanlı sülhməramlı kontingentin təhlükəsizliyin təmin edilməsində uğurlu iştirakını önə çəkərək, dövlətlərarası hərbi əməkdaşlığın perspektivlərindən bəhs edib. Daha sonra təlimin açılışı təntənəli marşla başa çatıb.
Aprelin 24-də Təlimin Yüksək Səviyyəli Qonaqlar günündə Azərbaycanda akkreditə olunmuş hərbi Attaşelərin iştirakı nəzərdə tutulur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar