Qubada50-yə yaxın meyvə ağacını sel aparıb
30 İyun 2009 Çərşənbə Axşamı 13:40
Buna səbəb, Qusarçayda suyun səviyyəsinin artaraq Aşağı Xuc kəndini basmasıdır

 

Son 20 gündə yağan yağışlar Qubada yenidən fəsadlar törədib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, mənbəyini Şahdağın ətəyindən alan Qusarçayda suyun artması Aşağı Xuc kənd sakinləri üçün ciddi problemlər yaradıb. Daşqınlar nəticəsində əhalinin əkin, meyvə-tərəvəz sahələri su yuyub. Sakinlərə məxsus 50-yə yaxın qoz, gilas, tut ağacını sel aparıb. Tərəvəz və əkin sahələrini dağıdıb.

Kəndə Quba icra hakimiyyəti başçısının Xucbala inzibati ərazi vahidliyi üzrə nümayəndəsi Pənah İbrahimov da baş çəkib. O qeyd edib ki, selin kəndə girməsinin qarşısının alınması üçün Fövqaladə Hallar Komissiyasına müraciət edilib və yaxın vaxtlarda müvafiq tədbirlər görülməlidir.

Quba rayon Fövqaladə Hallar Komissiyasının sədri Yusif Abidov isə məsələ ilə bağlı dəfələrlə Fövqaladə Hallar Nazirliyi və Nazirlər Kabinetinə müraciət olunduğunu bildirib. "Ərazidə qoruyucu bəndin tikilməsi isə bizim imkanlarımız xaricindədir"./ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar