Naxçıvan - Batumi - Naxçıvan avtobus marşrutu fəaliyyətə başlayır
16 Fevral 2016 Çərşənbə Axşamı 11:58
Naxçıvan - Batumi - Naxçıvan marşrutu üzrə ilk avtobus 20 fevral 2016 saat 7:30-da Naxçıvan Şəhər Avtovağzalından hərəkət edəcək.
20 Fevral günü Naxçıvan şəhərindən Gürcüstanın Batumi şəhəri istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayacaq.

Avtobus Naxçıvan şəhərindən Türkiyə Respublikası ərazisiə oradan da Gürcüstanın Batumi şəhərinə hərəkət edəcək.

İlk avtobus fevralın 20-də, saat 7:30-da Naxçıvan Şəhər Avtovağzalından yola düşəcək.

Bir nəfər üçün biletin qiyməti 27 manatdır.

Biletlər muxtar respublika ərazisindəki avtovağzallarda satılacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar