Mudafiə naziri Zakir Həsənov cəbhə xəttində
11 May 2016 Çərşənbə 09:32
Müdafiə naziri general-polkovnik Zakir Həsənov nazirliyin rəhbər heyəti ilə brlikdə cəbhəboyu zonada yerləşən hərbi hissələrə baş çəkib.
Ön cəbhədə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən müdafiə naziri Zakir Həsənov onları döyüş hazırlığı ilə yaxından maraqlanıb.

Müdafiə naziri Zakir Həsənov düşmən tərəfi müşahidə edib. Ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.
 
Aprel döyüşlərində fərqlənən hərbi qulluqçularla görüşən müdafiə naziri general-polkovnik Zakir Həsənov onlarla çay süfrəsi arxasında söhbət aparıb.
 
Azərbaycan Respublikasının Milli Qəhrəmanı polkovnik-leytenant Şükür Həmidova vaxtından əvvəl növbəti polkovnik hərbi rütbəsi təqdim olunub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar