Kürdə suyun səviyyəsi azalıb
06 İyul 2009 Bazar Ertəsi 16:45
Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. İyun ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının II ongünlüyünə nisbətən 141 m3/san azalaraq 434 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, çirklənməyə məruz qalan Kür çayı və onun qollarına Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı dəfələrlə yol verilən qatılıq həddini (YVQH) keçib.
Həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri YVQH-dan artıq müşahidə ediliib.
Belə ki, Şıxlı-2 məntəqəsində suyun əsas çirkləndiricilərindən fenollar və mis birləşmələri 2 dəfə, Ağstafaçay məntəqəsində fenollar 2, mis birləşmələri 3 dəfə, Ağstafaçay su anbarında fenollar 3, mis birləşmələri isə 2 dəfə yol verilən qatılıq həddini keçib.
İyun ayının III ongünlüyündə Araz çayında suyun sərfi 71 m3/san olub. Aparılan monitorinqlərin nəticələrinə görə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri 2, fenollar 3, I Şahsevən məntəqəsində mis birləşmələri 3, fenollar 2, Bəhramtəpə məntəqəsində mis birləşmələri 3, fenollar isə 2 dəfə YVQH-nı keçib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar