İki rayonunda elektrik enerjisi olmayacaq
20 Aprel 2009 Bazar Ertəsi 10:20
Bu, Bayramzadə adına İEM-2 yarımstansiyasını qidalandıran yüksək gərginlikli hava xəttində aparılan təmir işləri ilə əlaqədardır

Bu gün paytaxtın Xətai və Nəsimi rayonlarında saat 10:30-dan 14:00-a qədər elektrik enerjisi verilişində qısamüddətli fasilələr yaranacaq. Bu barədə «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. «Bakıelektrikşəbəkə» abonentlərinin nəzərinə çatdırır ki, bu, Bayramzadə adına İEM-2 yarımstansiyasını qidalandıran yüksək gərginlikli hava xəttində aparılan təmir işləri ilə əlaqədardır.  Yaranmış narahatçılığa görə, «Bakıelektrikşəbəkə» ASC abonentlərindən üzr istəyir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar