General-mayor Lənkəran Əliyev yeni vəzifəyə təyin olunub
19 Noyabr 2009 Cümə Axşamı 15:15
General-mayor Lənkəran Əliyev Silahlı Qüvvələrin Akademiyasına qərargah xidməti kafedrasının rəisi vəzifəsinə təyin edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq bildirib ki, belə bir təyinat olub.

Qeyd edək ki, general-mayor Lənkəran Əliyev Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin rəisi olub. Sonradan o, bu vəzifədən azad edilərək sərəncama göndərilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar