Gədəbəyə güclü leysan yağıb
28 İyul 2009 Çərşənbə Axşamı 18:35
Azərbaycanın Gədəbəy rayonuna güclü leysan və dolu yağıb. APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Alıqulular və Şınıx kəndlərində daha güclü dolu müşahidə edilib.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev APA-ya açıqlamasında deyib ki, dolu əsasən meyvə bağlarına ziyan vurub. Güclü leysan nəticəsində çaylarda daşqın olub. Gədəbəy rayon mərkəzindəki 15 metrlik körpünü sel aparıb.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar