Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının açılışı olub
30 İyun 2009 Çərşənbə Axşamı 15:50
Açılışda prezident İlham Əliyev iştirak edib

Bu gün Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin yeni binasının açılışı olub. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak edib. İlham Əliyev açılışı bildirən lenti kəsib, bina ilə yaxından tanış olub. Daxili işlər naziri general-polkovnik Ramil Usubov dövlət başçısına yeni bina haqqında məlumat verib. Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar