"Bakı Dairəvi yolu"nun tikintisi gələn il başa çatacaq
28 İyul 2009 Çərşənbə Axşamı 15:10
"Bakı Dairəvi yolu"nun tikintisi gələn il başa çatacaq. Yol 3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olacaq

 

"Bakı Dairəvi yolu"nun tikintisi ilin sonuna qədər başa çatdırılacaq. Bakıətrafı bu yol cənub və qərb istiqamətində nəqliyyatın hərəkətini asanlaşdıracaq". Nəqliyyat naziri Ziya Məmmədov belə deyib. Onun sözlərinə görə, dairəvi yol cədvəl üzrə tikilir. 6 zolaqlı yol 3+3 prinsipi ilə yüksək səviyyədə inşa edilir.

"Hər şey normal getsə, "Bakı Dairəvi yolu" ən gözəl yollardan biri olacaq. Həm dizayn, həm də keyfiyyət baxımından".

Xatırladaq ki, “Bakı Dairəvi yolu”nun tikintisi 2006-cı ilin oktyabr ayından davam edir. Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azərinşaatservis” MMC-nin həyata keçirdiyi inşaat işləri çərçivəsində çəkilən ana yolun uzunluğu 21,5 km, köməkçi yolların uzunluğu isə Biləcəri enişi ilə birgə 11,65 km-dir.

3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olan yolun torpaq yatağının eni 33,5 m, əsas yolun hərəkət hissəsinin eni isə 22,5 m-dir. Hərəkət zolaqlarının hər birinin eni 3,75 m-dir.

Ümumilikdə isə bu yolun asfalt örtüyünün qalınlığı layihəyə əsasən 19-27 sm arasında olacaq. Layihəyə əsasən nəzərdə tutulan ümumi torpaq işlərinin 60, asfalt işlərinin 11, drenaj borularının çəkilməsinin 90 və kommunikasya xətlərinin köçürülməsi işlərinin 80 faizi başa çatdırılıb.

"Bakı Dairəvi yolu"nun 2010-cu ilin avqust ayında istifadəyə verilməsi nəzərdə tutulub. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar