Azərbaycan Dövlət Aqrar Universiteti
07 Aprel 2009 Çərşənbə Axşamı 16:10
Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyasının statusu və adı dəyişdirilib.
Təhsil ocağının rektoru Mirqamət Sadıqovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, sərəncama əsasən Azərbaycan Dövlət Kənd Təsərrüfatı Akademiyası bundan sonra Azərbaycan Dövlət Aqrar Universiteti adlanacaq. Bu səbəbdən bu gün təhsil ocağının Elmi Şurasının növbədənkənar toplantısı keçirilib. Toplantıda Tələbə Parlamentinin üzvləri, yerli icra hakimiyyəti təmsilçiləri və mətbuat nümayəndələri iştirak ediblər. Toplantıda çıxış edən Aqrar Universitetin rektoru Mirqamət Sadıqov yeni statusun təkcə elmi işçi-müəllim heyətinin işində yox, həm də məzunların gələcək taleyində mühüm rol oynayacağını vurğulayıb: “Verdiyimiz diplomlar artıq beynəlxalq statusa malik olacaq və məzunlarımızın başqa ölkələrdə çalışma imkanlarını məhdudlandırmayacaq”. Tədbirdə çıxış edən Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Akif Ələkbərov Aqrar Universitetin bütün Qafqazda analoji statusla fəaliyyət göstərən ən iri təhsil müəssisəsi olduğunu qeyd edib və yeni status münasibətilə universitetin müəllim və tələbə heyətini təbrik edib.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar