Axtarışda olan üç nəfər tutulub
01 Aprel 2009 Çərşənbə 11:10
Tutulanlardan ikisi dələduzluq, biri isə soyğunçuluq maddəsi ilə axtarışda olub

Bakı şəhərində axtarışda olan üç nəfər tutulub. Saxlanılanlardan ikisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. 1978-ci il təvəllüdlü Əli Hüseyn oğlu Məmmədov Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin, 1985-ci il təvəllüdlü Roman Sahib oğlu Abbasov isə Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi və Post Patrul Xidməti Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulublar. Roman Abbasovun üzərindən 0,231 qram narkotik vasitə olan heroin də aşkar edilib.
Daha bir axtarışda olan şəxsi Xətai Rayon Polis İdarəsinin  37-ci Polis Bölməsinin əməkdaşları saxlayıblar. 1991-ci il təvəllüdlü Əziz Nadir oğlu Fərhadov Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olub. /ANS PRESS/








DOSTLARINLA PAYLAŞ:

oyunlar