Yeni azərbaycanlı prokuror Gündüz Məmmədov
12 İyul 2014 Şənbə 19:06
Ukrayna baş prokurorunun əmriylə Gündüz Aydın oğlu Məmmədov Odessa şəhər prokuroru təyin edilib.
ANS PRESS-in məlumatına görə, bu haqda Ukraynada Azərbaycanlı Gəncləri Birliyinin sədri Anar Tahirov xəbər verib.

Gündüz Məmmədov 1974-ci il oktyabrın 26-da Gəncə şəhərində doğulub. Hüquq elmləri namizədi Gündüz Məmmədov Meçnikov adına Odessa Dövlət Universitetini bitirib.

Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Hüquq elmləri namizədi, Ukraynanın böyük ədliyyə müşaviridir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar