Sabah Ukraynada fövqelade veziyyet elan edile biler
01 Dekabr 2013 Bazar 18:36
Paytaxt Kiyevde nümayişçilerle milisler arasında baş veren qarşıdurmada 15 milis emekdaşı xesaret alıb.
Sabah Ukraynada fövqelade veziyyet elan edile biler. Ukrayna prezidenti Viktor Yanukoviç hazırda Kiyevin yaxınlığındakı “Mejqoyre” prezident rezidensiyasında bir sıra dövlet resmilerile görüş keçirir. ANS PRESS-in “İnterfax” agentliyine istinaden verdiyi xebere göre, görüşde Ukrayna Tehlükesizlik Şurasının katibi Andrey Klyuyev, daxili işler naziri Vitali Zaxarçenko, hemçinin bir sıra nazirlik ve komitelerin rehberleri iştirak edir.

Alınan qeyri-resmi melumatlarda deyilir ki, sabah dekabrın 2-de ölkede fövqelade veziyyet elan edile biler. Bu görüşle yanaşı, Nazirler Kabinetinde de fövqelade iclas keçirilir.

Bu arada melum olub ki, nümayişçilerle milisler arasında baş veren qarşıdurmada yaralanan 15 milis emekdaşı xestexanalara aparılıb. Şahidlerin dediyine göre, nümayiş iştirakçılarını traktorla Maydandan qovmağa çalışıblar. Prezident administrasiyasının binası qarşısında da qarşıdurma davam edir. Nümayişçiler bina mühafizeçilerine daş atırlar.

Maydanda çıxış edenler ise nümayişçileri sabitliyi qorumağa sesleyirler. “Azadlıq” partiyasının lideri Oleq Tyaqnibok ölke ehalisini ümumu tetile sesleyib. Deqiq olmayan melumata göre, Maydanda 500 mine yaxın insan toplaşıb. Nümayişçiler hemçinin, “Avropa” meydanını ve Kreşatiki ele keçiribler. 


DOSTLARINLA PAYLAŞ: