İŞİD 20 milyardlıq texnika ilə gəlir
15 İyun 2014 Bazar 16:42
Onlar Mosulda Amerika istehsalı olan iki “Bell 427” tipli döyüş helikpterlərini də ələ keçiriblər.
İraqın ikinci böyük şəhəri hesab edilən Mosulu ələ keçirən İŞİD döyüşçüləri sürətlə irəliləməyə başlayıblar.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın İraqda 20 milyard dollar xərcləyərək aldığı texnikaların da artıq İŞİD-in əlinə keçdiyi bildirilir. Həmçinin İŞİD-in yüzlərlə tank və “Humva” markalı texikaları da ələ keçirdiyi iddia olunur.

İŞİD-in İraqda əldə etdiyi hərbi avadanlıqların bir qisminin Suriyaya apadıldığı da bildirilir. İraqı işğal edən qruplaşma üzvlərinin həmçinin Mosulda Amerika istehsalı olan iki “Bell 427” tipli döyüş helikpterlərinə sahib çıxdıqları da yayılan məlumatlar sırasında yer alıb.

“Kerkük Mücahidi” isimli İŞİD üzvü Mosulda ələ keçirdikləri qənimətlərin şəklini çəkib və sosial şəbəkədə paylaşıb. Şəkilin aşağısında isə “bunlar İŞİD-in malı” ifadəsi qeyd edilib.

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb
Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.











DOSTLARINLA PAYLAŞ: