Anti İŞİD koalisiya qüvvələri əməliyyat keçirib
09 Mart 2015 Bazar Ertəsi 00:44
Türkiyə sərhədində anti İŞİD koalisiya qüvvələri əməliyyat keçirib. Sərhəddəki təhlükəsizlik tədbirləri artırılıb.
Türkiyə sərhədində anti İŞİD koalisiya qüvvələri əməliyyat keçirib.

ANS PRESS-in məlumatına görə, qırıcılar Şanlıurfa ilə sərhəddə yerləşən Rəkka şəhərinə bağlı Telabyadda yerləşən maye-yanacaq istehsal edən təsisatı bombalayıb.

Qırıcılar İŞİD mövqelərinə iki dəfə hücum edib.

Şiddətli bombardman zamanı Şanlıurfanın Akçakale qəsəbəsinə yaxın evlərin pəncərələrinin şüələri sınıb. Bombardman əhali arasına panikaya səbəb olub və hər kəs küçələrə çıxıb.

Partladılan İŞİD mövqesindən göyə qalxan alovu Türkiyə tərəfindən də rahatlıqla görmək olub. Türkiyə sərhəddəki təhlükəsizlik tədbirlərini artırıb.


DOSTLARINLA PAYLAŞ: