Ata oğluna dəstək olmaq üçün başına döymə vurdurdu
06 İyul 2016 Çərşənbə 07:49
John Marshall, beyin əməliyyatı olan oğlu Gabriel Marshallı tək buraxmamaq, ona olan dəstəyini göstərmək üçün başına oğlunda olan yara izi şəklində döymə vurdurdu.
8 yaşındakı Gabriel Marshallın 2015-ci beynində pis xasiyyətli bir şiş aşkar edildi və əməliyyata alındı. Doqquz ay əvvəl müalicə sonlandırılmasına baxmayaraq şiş tamamilə alınmamışdı. 

Özünü canavar kimi hiss edirdi

28 yaşındakı gənc ata Josh Marshall, oğlunun başında olan izin oğlunun özünə inamını pis istiqamətdə təsir etdiyini düşünürdü. Oğlunun özünü canavar kimi hiss etdiyini eşidən ata çox kədərləndi və kiçik Gabrielin normal hiss etməsini təmin etmək məqsədi ilə oğlunun başında olan əməliyyat izinin eynisini döymə olaraqvurdurdu: "Əgər insanlar gözlərini tikib baxacaqsa ikimizə birdən baxsınlar." dedi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar