Türkiyə ABŞ-a xəbərdarlıq etdi
19 Mart 2009 Cümə Axşamı 12:50
Əli Babacan qondarma erməni "soyqrımı" haqqında qətnamənin Konqresində müzakirəyə çıxarılması Ermənistan ilə Türkiyə münasibətlərinə ziyan vura bilər

 

ABŞ Konqresində qondarma erməni "soyqrımı" haqqında qətnamənin müzakirəyə çıxarılması Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşmasına ziyan vura bilər. «Hürriyət» qəzetinin məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əli Babacan deyib. Babacan qeyd edib ki, Türkiyə və Ermənistan 1915-ci il hadisələri ilə bağlı danışıqlar aparırlar və üçüncü ölkənin buna müdaxiləsi yalnız danışıqlara mane ola bilər. «Biz ümid edirik ki, parlamentarilər bu proseslər haqqında məlumatlıdırlar və buna uyğun addım atacaqlar».
Xatırladaq ki, erməni lobbisi ABŞ Konqresinin Nümayəndələr Palatasına qondarma erməni "soyqrımı"nın tanınması haqqında qətnamə layihəsini martın 17-də təqdim edib.

ANS 

 



DOSTLARINLA PAYLAŞ: