Körpə 14 saat sonra sağ tapıldı
09 Mart 2015 Bazar Ertəsi 09:10
Qəza zamanı avtomobil körpüdən aşağı düşdüyü üçün yoldan ötənlər hadisədən xəbər tuta bilməyiblər.
Amerika Birləşmiş Ştatlarının Yuta əyalətndə avtomobil qəzasına düşən 18 aylıq körpə 14 saat sonra hadisə yerində sağ tapılıb.

ANS PRESS-in məlumatına görə, qəza zamanı avtomobil körpüdən aşağı düşdüyü üçün yoldan ötənlər hadisədən xəbər tuta bilməyiblər. Qəzadan ilk xəbər tutan isə, çay kənarında balıq ovuna çıxan şəxs olub.

Həkimlər körpənin avtomobildə buz kimi suyun üzərində avto-kürsüdən asılı vəziyyətdə olduğunu görüblər. Hazırda onun vəziyyəti stabil hesab olunur. Lakin qəza zamanı körpənin anası dünyasını dəyişib.

Polisin qəzanın hansı şəraitdə baş verdiyini müəyyənləşdirməkdə çətinlik çəkir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar